Avropa İttifaqı xarici işlər nazirləri Qərbi Balkanlarla münasibətləri müzakirə edəcəklər

2026/03/1773647283.jpg
Oxunub: 370     08:50     11 May 2026    
Qərbi Balkanlar, Ukrayna və Yaxın Şərq bazar ertəsi günü Brüsseldə görüşəcək Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının gündəliyindəki əsas məsələlərdir.

Ordu.az-ın məlumatına görə, bu barədə görüşa dair materiallarda bildirilib.

Məlumata əsasən, nazirlər görüşünün Aİ-nin Qərbi Balkan ölkələri ilə münasibətlərinin müzakirəsi ilə başlaması planlaşdırılır. Müzakirədən əvvəl Aİ xarici işlər nazirləri altı Qərbi Balkan tərəfdaş ölkəsindən olan həmkarları ilə qeyri-rəsmi səhər yeməyində iştirak edəcəklər.

Tərəflərin əsas geosiyasi inkişaflar, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində ortaq maraqlar, eləcə də birgə xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə əməkdaşlıq da daxil olmaqla, cari məsələləri müzakirə etməsi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Qərbi-Balkanlar  


Bizi "telegram"da izləyin