Ordu.az-ın məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu bu barədə "CBS News"a müsahibəsində deyib.
O, Amerikanın yardımının yenidən nəzərdən keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavab olaraq, bu ehtimalı təsdiqləyib.
"Şübhəsiz. Mən bu barədə Prezident (ABŞ) Donald Trampa da dedim", - Netanyahu bildirib.
O əlavə edib ki, İsrail ABŞ ilə hərbi əməkdaşlığının maliyyə komponentini, o cümlədən illik 3,8 milyard dollarlıq yardımını aradan qaldırmağa çalışır.
"Düşünürəm ki, qalan hərbi dəstəyi tədricən dayandırmağın vaxtıdır", - İsrailin Baş naziri bildirib və prosesin təxminən on il çəkə biləcəyini vurğulayıb.
2028-ci ildə müddəti bitən mövcud müqaviləyə əsasən, ABŞ İsrailə hər il bu məbləği verir. Braun Universitetinin " Costs of War Project" layihəsinə görə, 7 oktyabr 2023-cü il hadisələrindən bəri ABŞ-nin İsrailə hərbi yardımının həcmi 21,7 milyard dolları keçib.
Ordu.az