İran ABŞ-nin neft sanksiyalarının ləğvini tələb edib

2026/04/1777437793.jpg
Oxunub: 367     01:30     11 May 2026    
İran Vaşinqtonla münaqişənin həlli üçün mümkün razılaşmadan sonra 30 gün ərzində ABŞ-ın neftinə tətbiq etdiyi sanksiyaların ləğv edilməsini tələb edib.

Ordu.az-ın məlumatına görə, bu barədə İran mediası xəbər verib.

Məlumata əsasən, bu şərt Tehranın ABŞ-ın təklifinə son cavabında yer alıb və bu cavab Pakistana çatdırılıb.

İran həmçinin İran aktivlərinin dondurulmasının aradan qaldırılmasını və ölkənin limanlarına tətbiq edilən dəniz blokadasının qaldırılmasını tələb etdiyi bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin