"Fox News": ABŞ gəmisi Fars körfəzində hücuma məruz qalıb

2026/03/1773298624.jpg
Oxunub: 388     00:12     11 May 2026    
ABŞ-nin "Safesea Group" şirkətinə məxsus "Neha" ticarət gəmisi Fars körfəzində dronların hücumuna məruz qalıb.

Ordu.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, dronlardan biri gəmiyə düşb, digəri isə hədəfdən yayınıb.

Gəmi hücum zamanı Doha yaxınlığında yüksüz imiş və lövbər salıb.

Qeyd edilir ki, hadisə zamanı gəmidə 23 dənizçi olub. Onlardan heç biri xəsarət almayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Fars-körfəzi  


Bizi "telegram"da izləyin