İran kəşfiyyatı MOSSAD-la əlaqəli iki “terror hüceyrəsi”nin məhv edildiyini açıqlayıb

2026/03/1773424469.jpg
Oxunub: 415     22:07     10 May 2026    
İran Kəşfiyyat Nazirliyi MOSSAD-la əlaqəli iki terror qruplaşmasının zərərsizləşdirildiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Əməliyyat Qərbi Azərbaycan, Kirman və Əlborz əyalətlərində həyata keçirilib.

Nazirliyin məlumatına görə, əməliyyat zamanı bir agent öldürülüb, çoxlu sayda silah, pilotsuz uçuş aparatları və “Starlink” sisteminin avadanlıqları müsadirə edilib.

Şimal sərhədində daha bir nəfər saxlanılıb. Həmin şəxs hərbi məlumatların casusluğu ilə məşğul olmaqda şübhəli bilinir.

Bazar günü yayılan açıqlamaya əsasən, qruplaşma “strateji əhəmiyyətli mərkəzlərə qarşı terror aktları həyata keçirməyi”, həmçinin Tehranda konkret sui-qəsd ssenarisi hazırlamağı planlaşdırırmış.

Agentlərdən biri təhlükəsizlik qüvvələri ilə atışma zamanı öldürülüb, digər üzvlər isə zərərsizləşdirilərək saxlanılıblar.

Kirman və Əlborz əyalətlərində həyata keçirilən kəşfiyyat əməliyyatları nəticəsində ikinci operativ qrup da aşkarlanıb.

Rəsmi açıqlamaya görə, təhlükəsizlik qüvvələri qruplaşmanın hərəkətlərini izləyib və hər hansı düşmən fəaliyyəti həyata keçirməzdən əvvəl üzvləri zərərsizləşdirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   MOSSAD  


Bizi "telegram"da izləyin