“İranın zənginləşdirilmiş uran ehtiyatları məhv edilməlidir” - Netanyahu

2026/05/1778436238.jpg
Oxunub: 409     22:02     10 May 2026    
İrana qarşı ABŞ-İsrail müharibəsi ölkənin zənginləşdirilmiş uran ehtiyatları məhv edilməyənə qədər başa çatmış hesab edilə bilməz.

Ordu.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “CBS News” telekanalına müsahibəsində bildirib.

“Bu hələ son deyil, çünki hələ də çıxarılmalı olan zənginləşdirilmiş uran mövcuddur. Həmçinin sökülməli olan uran zənginləşdirmə obyektləri də qalır”, - deyə Netanyahu bildirib.

Uranın necə çıxarılmasının mümkün olacağı ilə bağlı suala İsrail lideri belə cavab verib: “İçəri girirsən və onu oradan çıxarırsan”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İran   İsrail  


Bizi "telegram"da izləyin