İranda ABŞ və İsrail hücumları nəticəsində 140-dan çox tarixi abidə zədələnib

2026/05/1778436203.jpg
Oxunub: 401     21:58     10 May 2026    
İran hakimiyyəti ABŞ və İsrail hücumları nəticəsində zədələnmiş 140-dan çox tarixi abidənin bərpası işlərinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Agentliyin parlamentin turizm komissiyasının rəhbərinə istinadən yaydığı məlumata görə, bəzi abidələr Əhəmənilər dövrünə, eramızdan əvvəl 550-ci ilə aiddir.

Bundan əvvəl İran hakimiyyəti hücumlar nəticəsində ölkənin mədəni və tarixi abidələrinin zərər gördüyünü dəfələrlə açıqlamışdı. Onların arasında UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş obyektlər də var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin