Uçan naməlum obyektlərlə bağlı Pentaqonun ixtisaslaşmış saytı olan WAR.GOV/UFO istifadəyə verildiyi andan etibarən 24 saat ərzində təxminən 500 milyon baxış toplayıb.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin rəsmi nümayəndəsi Şon Parnel bildirib.
“Marağın görünməmiş səviyyəsi qeydə alınıb. Bu, Tramp administrasiyası tərəfindən şəffaflığın görünməmiş göstəricisidir”, - deyə Parnel qeyd edib.
2026-cı il mayın 8-də ABŞ Müharibə Nazirliyi naməlum uçan obyektlərlə bağlı arxiv materiallarının ilk hissəsini dərc etmişdi.
“Bu işdə Ağ Ev, Milli Kəşfiyyat Direktorunun Ofisi, Energetika Nazirliyi, Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA), Federal Təhqiqat Bürosu və digər qurumlar iştirak edir. Fayllar WAR.GOV/UFO saytında yerləşdiriləcək.
Yeni fayllar daimi əsasda yayımlanacaq”, - deyə Pentaqon bildirib.
Sevinc Əliyeva
Ordu.az