İran liderinin müşaviri “Amerika imperiyası”nın süqutunu proqnozlaşdırıb

2026/05/1778436108.jpg
Oxunub: 383     21:54     10 May 2026    
İranın ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti məqalə yayımlayaraq ABŞ-nin regiondan tezliklə və qaçılmaz şəkildə çıxacağını proqnozlaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Onun fikrincə, Vaşinqtonun İranla qarşıdurmada məğlubiyyəti Britaniya müstəmləkəçiliyinin süqutu ilə müqayisə edilə biləcək tarixi dönüş nöqtəsinə çevriləcək.

Vilayəti ABŞ-nin hazırkı vəziyyətini XX əsrin ortalarında Britaniya imperiyasının böhranı ilə müqayisə edib.

“Proqnozlaşdırılır ki, Böyük Britaniyanın 1956-cı ildə Camal Abdel Nasirdən məğlubiyyət aldığı kimi, ABŞ tezliklə regionu tərk etməyə məcbur olacaq.

Vaxtilə haqqında deyilirdi ki, günəş onun üzərində heç vaxt batmır, amma həmin imperiya məhv oldu. Bu gün ABŞ imperiyası İran və Müqavimət Cəbhəsi qarşısında aldığı məğlubiyyət, həmçinin Tehran tərəfindən Hörmüz boğazına tam nəzarətin təmin edilməsi nəticəsində açıq şəkildə çökür”, - deyə siyasətçi yazıb.

Məqalənin böyük hissəsi İraq hökumətinə və siyasi qüvvələrinə, “Koordinasiya Çərçivəsi”nə ünvanlanıb. Vilayəti Bağdadı Vaşinqtonun təzyiqlərinə boyun əyməməyə çağırıb.

Onun fikrincə, ABŞ Prezidenti Donald Tramp artıq regionda təsir gücünə malik deyil və onun İraqa qarşı təhdidləri real qüvvədən məhrumdur.

Vilayəti vurğulayıb ki, İkinci Dünya Müharibəsindən sonra İran ABŞ üzərində qələbə qazana bilmiş və “Trampın üzünü palçığa bulaşdırmış” tarixdə yeganə ölkəyə çevrilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin