ABŞ İran blokadası çərçivəsində 60-dan çox ticarət gəmisinin istiqamətini dəyişdirib

2026/05/1777656012.jpg
Oxunub: 374     21:29     10 May 2026    
ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 60-dan çox ticarət gəmisinin istiqamətini dəyişdirib, 4 gəmi isə vurulub.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.

"20-dən çox ABŞ gəmisi İrana qarşı blokadanı tətbiq edir. CENTCOM qüvvələri 61 kommersiya gəmisini istiqamətləndirib və dörd gəmini tabe olmaq üçün sıradan çıxarıb", - deyə bildirilib.

ABŞ Mərkəzi Komandanlığı İran limanlara gedən bütün gəmilərin, eləcə də sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini bloklamaq niyyətində olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin