MKE yeni piyada tüfəngini təqdim edib

2026/05/Ekran-1778430444.jpg
Oxunub: 460     20:23     10 May 2026    
MKE Milli Piyada Tüfəngi ailəsinin yeni üzvü MPT-68-i ilk dəfə ictimaiyyətə təqdim edib.

Ordu.az xəbər verir ki, əsrlərə söykənən təcrübəsi və güclü istehsal infrastrukturu ilə MKE Milli Piyada Tüfəngi ailəsinin yeni üzvü MPT-68-i ilk dəfə İstanbul Sərgi Mərkəzində ictimaiyyətə təqdim edib.

MPT-68 ənənəvi çaplardan fərqli olaraq 16 düymlük lülə və yeni nəsil 6.8×51 mm sursatın gücünü vahid platformada birləşdirir. Dördüncü səviyyəli ballistik zirehləri belə dəlib keçə bilən və yüksək atəş gücünə malik MPT-68 sahədə “Mehmetçiyə” tam atəş üstünlüyü təmin edəcək.

MPT-68-in xüsusiyyətləri nələrdir?

MKE mühəndisləri tərəfindən hazırlanan MPT-68 standart poladlarla müqayisədə daha yüksək dayanıqlılığa malik xüsusi ərintilərdən istehsal olunub. Əlavə emal proseslərindən keçirilən tüfəngin yüksək təzyiqə qarşı müqaviməti artırılıb.

Yarımavtomatik və avtomatik olmaqla iki atəş rejiminə malik tüfəng 4 kiloqram çəkiyə sahibdir. 900 m/s lülə çıxış sürətinə malik MPT-68 dəqiqədə 700 (±100) mərmi atış sürətinə malikdir və 800 metr məsafədə effektiv atəş aça bilir.

Erqonomik quruluşu ilə diqqət çəkən MPT-68 1 metr uzunluğa malikdir. Tənzimlənə bilən teleskopik qundağı sayəsində istifadə rahatlığı təqdim edir.

MPT-68 yüksək təzyiqə davam gətirə bilən qısa zərbəli qaz porşeni sistemi sayəsində istilik və tozun mexanizmə çatmasını azaldaraq çətin şəraitdə fasiləsiz performans təqdim edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Türkiyə  


Bizi "telegram"da izləyin