Bayba Braje İrəvanda Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edəcək

2026/05/1778052368.jpg
Oxunub: 296     10:47     06 May 2026    
Latviyanın xarici işlər naziri Bayba Braje mayın 6-dan 7-dək İrəvana (Ermənistan) işgüzar səfər edəcək.

Ordu.az-ın Latviya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, onun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü planlaşdırılır.

Görüş zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə edəcəklər.

"Görüşdə, həmçinin Avropa İttifaqı və Ermənistan arasında əməkdaşlıq məsələləri, mayın 5-də baş tutmuş ilk Avropa İttifaqı-Ermənistan sammitinin əsas nəticələri, eləcə də regional və beynəlxalq gündəliyin aktual mövzuları, o cümlədən Ermənistan-Azərbaycan sülh prosesi, Ukraynada və Yaxın Şərqdəki vəziyyət nəzərdən keçiriləcək", - XİN-in məlumatında bildirilib.

Məlumata görə, səfər çərçivəsində B.Brajenin "İrəvan dialoqu - 2026" konfransında iştirakı da nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braje   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin