"İqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi bir çağırışa çevrilir" - Muxtar Babayev

2025/06/Ekran-1749021769.jpg
Oxunub: 311     09:46     06 May 2026    
Son illər dünyada iqlim və hava hadisələrinin xarakteri dəyişib. Əvvəllər bu hadisələr daha çox lokal və mövsümi xarakter daşıyırdı. Bugün isə vəziyyət dəyişib.

Ordu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişafı Forumunda çıxış edərkən deyib.

M.Babayev qeyd edib ki, iqlim hadisələri daha tez-tez baş verir, daha güclü qasırğalar, daha uzunmüddətli quraqlıqlar və genişmiqyaslı daşqınlar baş verir.

“İqlim dəyişmələri bu hadisələrin yalnız intensivliyini deyil, onların başvermə zamanını da dəyişir. Dünya Meteorologiya Təşkilatının statistikasına görə, son 30 ildə hava və iqlimlə bağlı fəlakətlərin sayı təxminən 5 dəfə artıb. Sellər ən geniş yayılmış və ən çox təsir göstərən təbii fəlakətlərdən birinə çevrilib. 168 ölkədə 4700-dən çox sel hadisəsi qeyd alınıb. Bu hadisələr 3,2 milyarddan çox insanı əhatə edib. Ümumi iqtisadi zərər isə 1.3 trilyon dollar təşkil edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qiymətləndirməsinə görə, son 30 ildə təbii fəlakətlər kənd təsərrüfatına 3 trilyon dollarından çox zərər vurub. Bu, hər il təxminən 100 milyard dollardan artıq itkidir. Bu fakt bir daha göstərir ki, iqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi bir çağırışa çevrilir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Muxtar-Babayev   Azərbaycan  


Bizi "telegram"da izləyin