Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, partiya rəhbərliyi siyahının ikinci 50-liyində dəyişiklik etmək, 100-dən sonrakı yerlərlə bağlı qərarı isə Nikol Paşinyanın təkbaşına verməsi barədə qərar qəbul etmişdi.
“Lakin sonda siyahı olduğu kimi qalıb və hər kəs daxili seçkilərdə tutduğu yerdə saxlanılıb. Daxili səsvermənin nəticələrinə əsasən, bir sıra tanınmış partiya üzvləri və deputatlar arxa sıralarda qərarlaşıblar.
Məsələn, parlamentin sosial məsələlər komissiyasının sədri Heriknaz Tiqranyan 96-cı yerdə, Mariya Karapetyan və digərləri daha geridə yer alıblar. Partiyadakı bəzi qruplar belə şəxslərin daha ön sıralara çəkilməsini istəyirdilər.
Lakin Paşinyan bu dəyişikliklərin komandada narazılıq yaradacağından və həlledici məqamda yeni etiraz dalğasına səbəb olacağından ehtiyat edərək siyahını dəyişmədən saxlayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az