Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hakop Badalyan yazıb.
Badalyan qeyd edib ki, Makronun Ermənistanı “Rusiya peyki” adlandırmağa mənəvi haqqı yoxdur.
Onun fikrincə, Fransa özü böyük ölçüdə geosiyasi baxımdan əsas masa arxasında yerini məhz Rusiya-Sovet təşəbbüsü sayəsində əldə edib.
Erməni siyasi şərhçi vurğulayıb ki, Fransada Ermənistanın postsovet müstəqilliyinin mürəkkəb tarixini, ağır qiymətə qurulan dövlətçilik prosesini, Qafqaz reallıqlarını və regional geosiyasəti yaxşı bilməlidirlər.
“Bütün bunları bilə-bilə Ermənistanı “Rusiya peyki” adlandırmaq yalançılıq və çirkin danışıqdır”, - deyə Badalyan bildirib.
O əlavə edib ki, Makron artıq şəxsən də çox yaxşı bilir ki, Ermənistan suverenlik qazanmayıb, əksinə itirib.
“Belə vəziyyətdə Ermənistanın durumunu “azadlaşma” və “suverenlik” məntiqi ilə təqdim etmək alçaqlıqdır”, - deyə erməni siyasi şərhçi qeyd edib.
Badalyan yekunda bildirib ki, ən böyük alçaqlıq odur ki, Makron bunları sonda Rusiya ilə Ermənistan hesabına razılaşmaq üçün deyir.
Alpər Mövludoğlu
Ordu.az