“Hraparak”: Makron Paşinyanın “qara siyahı”sında olan şəxsləri Ermənistana dəvət edib

2026/05/1778047399.jpg
Oxunub: 360     10:00     06 May 2026    
Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Ermənistana Fransa erməni icmasının bir qrup nümayəndəsi də gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, həmin şəxslər Ermənistan hakimiyyəti tərəfindən “persona non grata” elan olunub və “qara siyahı”ya salınıblar.

Qəzet yazır ki, həmin şəxslərdən biri Daşnaksütun Bürosunun üzvü, Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri Murad Papazyandır.

“Onun Ermənistana girişi illər əvvəl Paşinyan hakimiyyəti tərəfindən qadağan olunmuşdu, lakin o, məhkəmə yolu ilə hüquqlarının bərpasına nail olmuşdu. Məlumata görə, bu, Makronun müdaxiləsi sayəsində mümkün olub.

Nümayəndə heyətində həmçinin Fransa Erməni Təşkilatları Şurasının həmsədri Ara Toranyan, AGBU-nun prezidenti Nadya Qortsunyan, futbolçu Yuri Cokayef, Stepan Haspanyan, tanınmış Fransa ermənisi həkim və siyasətçi Gevorq Kepekenyan, prodüser Alen Terzyan və başqaları da yer alıblar”, - deyə müəllif bildirib.

Qəzet qeyd edir ki, onların bir hissəsi təkcə bu forum zamanı İrəvanda arzuolunmaz hesab olunmayıb, hətta ötən həftə Parisdə Ermənistan səfirliyinin açılış mərasiminə də dəvət edilməyiblər.

“Onlar bundan ciddi şəkildə incidilmişdilər. Makron bununla Paşinyana və onun qərarlarına münasibətini göstərir, həmçinin Paşinyandan fərqli olaraq Fransa erməni icmasının nüfuzlu nümayəndələrini qiymətləndirdiyini nümayiş etdirir. Fransanın və onun hakimiyyətinin Ermənistana müsbət münasibəti həm də Fransanın erməni icmasının onilliklər boyu apardığı işin nəticəsidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Paşinyan  


Bizi "telegram"da izləyin