Ermənistan KİV-i: Aİ-dən gələn 6 milyard dramlıq seçki maliyyəsi ilə bağlı suallar artır

2026/05/1777970451.jpg
Oxunub: 404     09:55     06 May 2026    
2025-ci ildə Avropa İttifaqının Ermənistana ayırdığı iri qrantlardan biri 15 milyon avro və ya 6 milyard dramdan çox vəsait təşkil edib.

Ordu.az “Yerkir.am”a istinadən xəbər verir ki, bu vəsait rəsmi olaraq seçki prosesinə dəstək üçün nəzərdə tutulub.

Nəşr qeyd edib ki, lakin maliyyə axınlarının şəffaf olmaması parlament dairələrində ciddi suallar doğurub.

“Aİ-nin seçki proseslərinə dəstəyi yeni deyil və oxşar proqramlar başqa ölkələrdə də həyata keçirilib. Ancaq 15 milyon avroluq məbləğin özü xüsusi diqqət çəkir. Müxalifət nümayəndələri iddia edirlər ki, bu qədər böyük vəsait “texniki yardım” üçün həddindən artıq çoxdur.

Sual doğuran məqamlar sırasında büdcənin kim tərəfindən hazırlandığı, xərcləmə istiqamətlərinin kim tərəfindən təsdiqləndiyi və vəsaitin bir hissəsinin niyə dövlət büdcəsi üzərindən keçmədiyi də var. Deputatlar Aİ ilə imzalanmış qrant müqavilələrinin tam mətnini görmək tələbini irəli sürüblər. Onlar həmçinin bu vəsaiti alanlar arasında hakimiyyətlə birbaşa əlaqəsi olan təşkilatların olub-olmadığını da bilmək istəyirlər”, - deyə məqalədə bildirilib.

Müəllifin sözlərinə görə, maliyyə analitikləri bildirirlər ki, belə həcmdə qrantlar adətən sərt monitorinq mexanizmləri ilə müşayiət olunur.

“Lakin Ermənistanda bu mexanizmlərlə bağlı açıq məlumat yoxdur. Baş nazir Nikol Paşinyan da bu məsələnin detalları barədə danışmaqdan yayınır. 6 milyard dram izsiz yoxa çıxa bilməz və parlament maliyyə axınlarının açıqlanmasını tələb edir”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin