Erməni hüquq müdafiəçisi: “Gümrüdə havada nifrət, ağrı və Paşinyana qarşı ikrah hissi var, Makronu da ondan fərqləndirmirlər”

2026/05/1777953047.jpg
Oxunub: 305     09:52     06 May 2026    
“Hazırda Gümrü şəhəri demək olar ki, tam iflic vəziyyətindədir və insanların hərəkətini məhdudlaşdırmağa çalışırlar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Gümrü şəhərinin sakini, erməni hüquq müdafiəçisi Karapet Poğosyan deyib.

Onun sözlərinə görə, şəhər polis və Milli Təhlükəsizlik Xidməti əməkdaşları ilə doldurulub, dörd tərəfdən hərəkəti bağlamağa çalışıblar ki, Emmanuel Makrona daha sakit və dözümlü Gümrü göstərsinlər.

Poğosyan bildirib ki, əslində Gümrüdə havada nifrət, ağrı və Nikol Paşinyana qarşı ikrah hissi dolaşır.

O qeyd edib ki, həm öz fikrincə, həm də cəmiyyətin baxışına görə Gümrüdə Makronla Nikol arasında fərq yoxdur.

Erməni hüquq müdafiəçisi iddia edib ki, cəmiyyətdə Makronun da Paşinyan kimi eyni dərəcədə günahkar olması barədə fikir formalaşıb.

Onun sözlərinə görə, Makronun Qarabağın itirilməsində rolu böyük olub və “qürurlu gümrülülər” belə bir sonla barışa bilmirlər.

“Bu, xain müharibə idi və bu müharibə zamanı çoxlu gümrülünün övladı həyatını itirib”, - deyə Poğosyan əlavə edib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Gümrüyə səfər edib və “Musiqi körpüsü: Ermənistan-Fransa” adlı konsert proqramında iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Poğosyan  


Bizi "telegram"da izləyin