“Hraparak”: Paşinyanın partiyasının sıralarında gizli narazılıq var

2026/05/1777971214.jpg
Oxunub: 317     09:37     06 May 2026    
“Hakim “Vətəndaş Müqaviləsi” partiyasında yuxarıdan Avropa İttifaqı sammitini təbliğat bayrağına çevirmək göstərişi verilsə də, partiya sıralarında gizli narazılıq hökm sürür”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, xüsusilə Rusiya ilə münasibətlərin müəyyən səviyyədə saxlanılmasının tərəfdarları bu tədbirdən məyus və qəzəblidirlər.

Bildirilir ki, həmin şəxslər büdcəyə milyardlarla xərcə başa gələn bu tədbirin Ermənistana heç nə vermədiyini düşünürlər.

“Onların fikrincə, əvəzində avropalılar Ermənistanı növbəti dəfə öz geosiyasi qarşıdurmalarının plasdarmına çeviriblər və bununla da Rusiyaya qarşı aqressiyalarını nümayiş etdiriblər.

Həmin şəxslər bunun gələcəkdə Ermənistan üçün hansı nəticələr doğuracağının məlum olmadığını etiraf edirlər”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin