“İravunk”: Paşinyan komanda yoldaşlarını sərt tənbeh edib

2026/04/1777546581.jpg
Oxunub: 389     09:24     06 May 2026    
Şirakda Karapetyanların qəbul görüntüləri Nikol Paşinyanı qəzəbləndirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşrə görə, o, sözün əsl mənasında Şirak vilayətinin rəhbərini və yerli deputatları ciddi şəkildə danlayıb.

Nəşrin yazdığına görə, Paşinyan “Bu qonaqlardan canımı qurtarım, siz çörəyinizi quru yemisiniz, səbir edin...” sözlərini əsəbi tonda deyib.

Qəzetin məlumatına əsasən, onu qəzəbləndirən digər məsələ bəzi icma rəhbərlərinin gizli şəkildə Karapetyanları dəstəklədiyi barədə yayılan söz-söhbətlər olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin