Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, ilkin plakatlarda “Sülhə sahib çıx” kimi yazılar yer alıb və onlar artıq ölkə üzrə yapışdırılmışdı.
“Lakin sonradan qərara alınıb ki, plakatlarda rəhbər Nikol Paşinyanın fotoları da yer almalıdır. Buna səbəb hakim partiyanın elektoratında Paşinyan tərəfdarlarının üstünlük təşkil etməsidir.
Həmin seçiciləri nə sülh, nə də başqa mövzular maraqlandırır, onlar Paşinyanı sadəcə xalqın içindən çıxmış, özlərindən biri kimi qəbul edirlər. Yeni plakatı araşdıran şəxslər Paşinyanın bu məsələdə də Serj Sarkisyanı təqlid etdiyini görüblər”, - deyə nəşr bildirir.
Qəzet iddia edir ki, plakatda yerləşdirilən şəkil “fotoshop” olunub və oradan çox sallanmış vəziyyətdə görünməməsi üçün hakim partiya liderinin qulaqlarının “geri çəkildiyi” aydın görünür.
Müəllif əlavə edib ki, vaxtilə Serj Sarkisyanın fotoları da oxşar şəkildə montaj edilirdi.
Alpər Mövludoğlu
Ordu.az