Ordu.az “Axios”a istinadən xəbər verir ki, bu barədə portal amerikalı yüksəkrütbəli rəsmiyə əsaslanaraq məlumat yayıb.
Məlumata görə, Donald Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndəsi İranı ABŞ-nin Hörmüz boğazında gəmilərin müşayiəti üzrə hazırladığı əməliyyat barədə məlumatlandırıb və Tehrana müdaxilə etməmək çağırışı edib.
Bildirilir ki, Ağ Ev mümkün eskalasiya riskini azaltmaq istəyib.
Lakin xəbərdarlığa baxmayaraq, iranlılar ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə, ticarət gəmilərinə və Birləşmiş Ərəb Əmirlikləri ərazisinə bir sıra hücumlar həyata keçiriblər.
Sevinc Əliyeva
Ordu.az