Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, 2026-cı il mayın 5-də “İrəvan Dialoqu” üçüncü forumu çərçivəsində Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi səfir Sərdar Kılıç arasında görüş keçirilib.
“Tərəflər normallaşma prosesinin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb və Gümrü-Qars dəmir yolunun bərpası üzrə birgə işçi qrupun son görüşünü müsbət qiymətləndiriblər. Tərəflər Ermənistan və Türkiyənin dəmir yolunun mümkün qədər tez istifadəyə verilməsi ilə bağlı qarşılıqlı marağını vurğulayıblar”, - deyə məlumatda bildirilir.
Vurğulanır ki, bundan əlavə, tərəflər tarixi Ani (İpək yolu) körpüsünün birgə bərpasına dair protokolun imzalanmasını qeyd ediblər. Bu təşəbbüsün ikitərəfli əməkdaşlığı genişləndirəcəyi, institusional əlaqələri gücləndirəcəyi və regional turizmin inkişafına əhəmiyyətli töhfə verəcəyi bildirilib.
Alpər Mövludoğlu
Ordu.az