Mirzoyan və Kallas Ermənistan-Avropa İttifaqı tərəfdaşlığını müzakirə ediblər

2026/05/1778009553.jpg
Oxunub: 334     23:32     05 May 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının gələcək inkişafını müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, 2026-cı il mayın 5-də İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı ilk sammiti çərçivəsində tərəflər arasında görüş baş tutub.

“Görüş zamanı sammitin nəticələri və əldə olunan razılaşmalar müsbət qiymətləndirilib. Ararat Mirzoyan və Kaya Kallas Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının strateji gündəliyinin gələcəkdə həyata keçirilməsi məsələlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Kallas  


Bizi "telegram"da izləyin