Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, 2026-cı il mayın 5-də Papikyan Varşavada Slovakiyanın baş nazir müavini və müdafiə naziri Robert Kalinyak ilə görüş keçirib.
“Görüş zamanı tərəflər Ermənistan-Slovakiya müdafiə əməkdaşlığına dair məsələləri müzakirə edib, qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunublar. Tərəflər hərbi təhsil, peşəkar təcrübə mübadiləsi, təlimlər və hərbi-texniki əməkdaşlıq istiqamətlərinin əhəmiyyətini vurğulayıblar”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, tərəflər əməkdaşlığın yaxın zamanda praktiki mərhələyə keçirilməsi barədə razılığa gəliblər. Görüşdə Ermənistanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Arzumanyan da iştirak edib.

Alpər Mövludoğlu
Ordu.az