Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Makronu Gümrüdən hava limanına qədər baş nazir Nikol Paşinyan yola salıb.
“Fransa prezidenti 2026-cı il mayın 3-də Ermənistana səfər etmişdi. Makronu Ermənistan prezidenti Vahaqn Xaçatryan, baş nazirin müavini Mher Qriqoryan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, İrəvan meri Tiqran Avinyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan qarşılamışdı.
Makron İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edib. Sammit çərçivəsində Nikol Paşinyanla Emmanuel Makron arasında təkbətək görüş keçirilib, daha sonra geniş tərkibli görüş baş tutub. Liderlər Ermənistan-Fransa strateji tərəfdaşlıq bəyannaməsini imzalayıblar.
Səfərin sonunda bu gün Gümrüdə “Ermənistan-Fransa” adlı konsert təşkil olunub. Tədbirdə Makron, Paşinyan, Xaçatryan və digər yüksək vəzifəli şəxslər iştirak ediblər”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az