Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Sonata Koulter 2026-cı il mayın 5-də “İrəvan Dialoqu-2026” beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, Vaşinqton sülh sammitindən sonra Ermənistanla münasibətlərin daha da yaxınlaşdırılması istiqamətində iş aparılır.
“Liderlər layihələr hazırlayıb, biz isə diplomatlar və dövlət qulluqçuları olaraq onların həyata keçirilməsi üzərində çalışırıq”, - deyə o qeyd edib.
Koulter bildirib ki, Qərb investorları regiona daha çox sərmayə qoymalıdır.
O əlavə edib ki, TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi regionda sülh, təhlükəsizlik və rifahın təmin olunmasına töhfə verəcək.
“Bu, sadəcə siyasi bəyanat deyil, bu, tarixdə xüsusi bir məqamdır və erməni xalqına dəyişikliklərin nəticələrini hiss etməyə imkan verəcək”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az