Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmisi Adrien Kirali 2026-cı il mayın 5-də “İrəvan Dialoqu-2026” beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, iqtisadiyyat, enerji və nəqliyyat sahələrində bir sıra layihələr həyata keçirilir.
“Ermənistan Avropa İttifaqı üçün təhlükəsizlik sahəsində də mühüm tərəfdaşdır. Bütün bu təşəbbüslər ölkənin dayanıqlığını artırmağa yönəlib. Vizaların liberallaşdırılması, ticarət və enerji sahələrinin şaxələndirilməsi kimi məsələlər müzakirə olunur. Ermənistanın bərpa olunan enerji sahəsində böyük potensialı var və biz bu istiqamətdə əməkdaşlığı genişləndirmək istəyirik”, - deyə Kirali qeyd edib.
O əlavə edib ki, Avropa İttifaqı “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) layihəsinə də dəstək verməyə hazırdır.
Alpər Mövludoğlu
Ordu.az