Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan 2026-cı il mayın 5-də “İrəvan Dialoqu-2026” beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, regionda sərhədlərin açılması təkcə Ermənistan iqtisadiyyatı üçün deyil, bütün Cənubi Qafqaz üçün üstünlüklər yaradacaq.
“Kommunikasiyaların açılmasının təsiri daha geniş olacaq, çünki regionumuz bu gün qlobal logistik problemlər fonunda Avropa ilə Mərkəzi Asiya arasında əlaqələndirici halqaya çevrilmək imkanına malikdir. Bu istiqamətdə bütün tərəfdaşlarımızla işləyirik və ABŞ əsas tərəfdaşımızdır. Biz TRIPP layihəsini həyata keçirməyi planlaşdırırıq. Bundan əlavə, Avropa İttifaqı ilə də yalnız nəqliyyat deyil, iqtisadiyyat və enerji sahələrini əhatə edən bir sıra layihələrimiz var. Bu gün Avropa İttifaqı-Ermənistan sammitində konkret razılaşmalar əldə olunub. Gürcüstanla yeni elektrik xətlərinin çəkilməsi, yolların yaxşılaşdırılması və sərhədlərdə birgə gömrük sisteminin yaradılması üzərində işləyirik. Ermənistanda yeni hava limanı terminalının tikintisi də planlaşdırılır”, - deyə Kostanyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az