Ordu.az xəbər verir ki, bu barədə azərbaycanlı politoloq Zaur Şiriyev 2026-cı il mayın 5-də “İrəvan Dialoqu-2026” beynəlxalq konfransında bildirib.
Onun sözlərinə görə, regionda yeni nizamın formalaşmasında maraqlı olan tərəflər üç ölkəyə fokuslanmalı və onların arasında qarşılıqlı asılılıq yaratmalıdır.
“Bu, ABŞ-ni, Avropa ölkələrini və digər aktorları da əhatə edir. Son 30 ildə Azərbaycan öz qərarları, resursları və müttəfiqləri sayəsində strateji muxtariyyət əldə edib. Müttəfiq dedikdə Türkiyəni nəzərdə tuturam. Lakin bu, bütün region üçün hələ kifayət deyil. Əgər region ölkələrindən biri bu muxtariyyətə nail olsa, bu, digərlərinə də yayıla bilər”, - deyə Şiriyev qeyd edib.
Şiriyev Qazaxıstan, Azərbaycan və Türkiyəni orta güclər kimi xarakterizə edib.
Alpər Mövludoğlu
Ordu.az