Avropa Şurası: Ermənistana hibrid təzyiqlərlə mübarizədə kömək edirik

2026/04/1775888747.jpg
Oxunub: 379     21:07     05 May 2026    
“Avropanın hərbi, enerji və iqtisadi təhlükəsizliyə ehtiyacı var və bu, xüsusilə Cənubi Qafqaza aiddir”.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibinin şəxsi ofisinin direktoru Stefano Piedimonte Bodini 2026-cı il mayın 5-də “İrəvan Dialoqu - 2026” beynəlxalq konfransında bildirib.

O qeyd edib ki, bu sahələrin heç biri demokratik təhlükəsizlik, etibarlı institutlar və qanunun aliliyi olmadan mövcud ola bilməz.

“Artıq 25 ildir ki, Ermənistan və Avropa Şurası bu istiqamətdə birgə fəaliyyət göstərir. Avropa Şurasının Ermənistana dəstəyi uzunmüddətli xarakter daşıyır. Söhbət kibercinayətlərdən tutmuş zərərli informasiya manipulyasiyalarına və xarici müdaxilələrə qədər müxtəlif hibrid təzyiqlərə qarşı dayanan institutlara köməkdən gedir. Avropa seçkilərin və kütləvi informasiya vasitələrinin, xüsusilə sosial şəbəkələrin manipulyasiyasına “yox” deməlidir, eyni zamanda söz azadlığını, müstəqil medianı, insan hüquqlarını və qanunun aliliyini qoruyaraq. Güclü ordular möhkəm demokratik institutlar və nəzarət olmadan təhlükəlidir. Biz bunu dünyanın bir çox regionunda görmüşük. Bu baxımdan Ermənistanla əməkdaşlığımızı alqışlayıram”, - deyə Bodini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin