Ordu.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya 2026-cı il mayın 5-də “İrəvan Dialoqu-2026” konfransında bildirib.
“Regionu anlamaq, onu dinləmək və yalnız ehtiyac olan sahələrdə kömək etmək vacibdir. Sadəcə olaraq harada kömək lazım olduğunu bildiyimizi demək düzgün yanaşma deyil”, - deyə o qeyd edib.
Darsaliyanın sözlərinə görə, ABŞ, Avropa İttifaqı və digər tərəfdaşlar region üçün bir çox sahələrdə dəstək verə bilər.
O vurğulayıb ki, Ermənistan, Azərbaycan və Gürcüstan artıq 30 ildən çoxdur müstəqil dövlətlərdir.
“Bu region çoxsaylı faciələr, münaqişələr və iqtisadi çətinliklərdən keçib. İndi isə tariximizdə ilk dəfə real siyasi və iqtisadi regiona çevrilmək imkanı yaranıb. Bu, Gürcüstan üçün çox vacibdir və biz regional əməkdaşlığın inkişafında maraqlıyıq”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az