Ermənistan prezidenti Belçika parlamentinin rəhbəri ilə regional məsələləri müzakirə edib

2026/05/1777995388.jpg
Oxunub: 338     19:34     05 May 2026    
Ermənistanın prezidenti Vahaqn Xaçatryan Belçika Nümayəndələr Palatasının sədri Peter De Ruver ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı 2026-cı il aprelin 16-da Belçika parlamenti tərəfindən qəbul edilmiş qətnamə də müzakirə olunub.

“Həmin sənəd Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin gücləndirilməsinə yönəlib. Tərəflər həmçinin Ermənistan ilə Avropa İttifaqı arasında münasibətlərin gündəliyini müzakirə ediblər.

Görüşdə regional məsələlərə də toxunulub və bildirilib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra Ermənistan ilə Azərbaycan sərhədində vəziyyət daha sabit və proqnozlaşdırıla bilən olub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Belçika  


Bizi "telegram"da izləyin