Emmanuel Makron Gümrüyə səfər edib

2026/05/1777995341.jpg
Oxunub: 364     19:31     05 May 2026    
Fransanın prezidenti Emmanuel Makron Gümrü şəhərinə gedib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, o, şəhərə çatan kimi Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.

Qeyd edilir ki, Gümrüyə həmçinin Ermənistanın prezidenti Vahaqn Xaçatryan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və digər yüksək vəzifəli şəxslər səfər ediblər.

Fransa prezidentinin Gümrüdəki səfər proqramının kifayət qədər sıx olduğu bildirilir.

Məlumata görə, bəzi dəyişikliklər edilib və fransız təmayüllü 10 nömrəli məktəbə səfər ləğv olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Gümrü  


Bizi "telegram"da izləyin