“Ermənistanla ikitərəfli əməkdaşlıq nəticə verir” - Rusif Hüseynov

2026/05/1777994945.jpg
Oxunub: 350     19:28     05 May 2026    
“Regionun müharibədən sonrakı mərhələsində Azərbaycan tərəfi Ermənistanla ikitərəfli əməkdaşlığa üstünlük verir”.

Ordu.az xəbər verir ki, bu barədə azərbaycanlı politoloq Rusif Hüseynov 2026-cı il mayın 5-də “İrəvan Dialoqu-2026” beynəlxalq konfransında bildirib.

“Hazırda sülh prosesi, sərhədlərin delimitasiyası, nəqliyyat əlçatanlığı və ticarət kimi bir neçə istiqamət mövcuddur. Gördüyümüz kimi, ikitərəfli format kifayət qədər effektiv olub və real nəticələr verib”, - deyə o qeyd edib.

Rusif Hüseynovun sözlərinə görə, hazırda Avropa İttifaqının bəzi infrastruktur layihələrində iştirakı ilə bağlı müzakirələr aparılır.

“Bakı bunu yalnız o halda dəstəkləyər ki, Avropa İttifaqı regionun hər üç ölkəsi üçün faydalı təşəbbüslər irəli sürsün və yeni bölünmə xətləri yaratmasın”, - deyə Rusif Hüseynov vurğulayıb.

O qeyd edib ki, ötən il mühüm hadisələr baş verib.

“Bu, üçüncü ölkələrin yüklərinin Azərbaycandan Ermənistan istiqamətində hərəkətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və bəzi neft məhsullarının ixracı ilə bağlıdır. Bu xəbəri oxuyanda ilk olaraq hüquqi əsaslar barədə suallar yarandı. Daha sonra anladım ki, bu məsələlər iki ölkə arasında əməkdaşlığın institusional çərçivəyə salınması ilə bağlıdır. Hazırda sülh müqaviləsi olmasa da, tərəflər arasında iqtisadi və ticarət əlaqələri müşahidə olunur. Gələcəkdə isə hüquqi mexanizmlərə ehtiyac daha da artacaq”, - deyə o vurğulayıb.

Rusif Hüseynov, həmçinin ATƏT-in Minsk qrupunu tənqid edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusi̇f-Hüseynov   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin