Nikol Paşinyan Gümrüyə səfər edib

2026/05/1777994888.jpg
Oxunub: 317     19:25     05 May 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Gümrü şəhərinə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, yaxın vaxtlarda Fransanın prezidenti Emmanuel Makron da şəhərə səfər edəcək.

Şəhərə həmçinin Ermənistanın prezidenti Vahaqn Xaçatryan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və digər yüksək vəzifəli şəxslər də gəlib.

Fransa prezidentinin səfər proqramının kifayət qədər sıx olduğu bildirilir.

Məlumata görə, bəzi dəyişikliklər edilib və 10 nömrəli məktəbə səfər ləğv olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Gümrü  


Bizi "telegram"da izləyin