Ordu.az xəbər verir ki, o, bu barədə 2026-cı il mayın 5-də İrəvanda keçirilən “İrəvan Dialoqu-2026” konfransında çıxışı zamanı deyib.
“Regiona kənar müdaxilələrə ehtiyatla yanaşmaq lazımdır. Tarixi nümunələr göstərir ki, üçüncü tərəflər bəzən öz maraqları üçün regiondan istifadə edir”, - deyə Kılıç bildirib.
O qeyd edib ki, region ölkələri problemlərini və onların həll yollarını daha yaxşı bilir.
“Regionda istənilən həll məhz regionun daxilində formalaşmalıdır”, - deyə o vurğulayıb.
Kılıç əlavə edib ki, iqtisadi inkişaf və nəqliyyat imkanlarının genişlənməsi ictimai dəstəyi artıracaq.
Alpər Mövludoğlu
Ordu.az