“Ermənistan Avropa ilə mümkün olduğu qədər yaxınlaşmağa hazırdır” - Paşinyan

2026/04/1777546581.jpg
Oxunub: 351     17:48     05 May 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Avropa ilə mümkün olan maksimum səviyyədə yaxınlaşmağa hazırdır.

Ordu.az xəbər verir ki, o, bu barədə 2026-cı il mayın 5-də Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Ermənistan Avropaya o qədər yaxınlaşmağa hazırdır ki, Avropa bunu mümkün hesab edir”, - deyə Paşinyan qeyd edib.

O bildirib ki, bu mövqeyini hələ 2023-cü ildə Avropa Parlamentində çıxışı zamanı ifadə edib.

Paşinyan əlavə edib ki, Ermənistan ilə Fransa arasında imzalanan strateji tərəfdaşlıq bəyannaməsi mövcud potensialdan daha səmərəli istifadə etməyə imkan verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan    


Bizi "telegram"da izləyin