Ordu.az xəbər verir ki, o, bu barədə 2026-cı il mayın 5-də İrəvanda keçirilən “İrəvan Dialoqu-2026” konfransında çıxışı zamanı danışıb.
“Etiraf etməliyəm ki, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi Ermənistan-Türkiyə prosesindən daha irəlidədir və bu yaxşıdır. Düşünürəm ki, daha böyük irəliləyiş üçün tarixi imkan mövcuddur”, - deyə Rubinyan bildirib.
O qeyd edib ki, əvvəllər tərəflər arasında münaqişə olsa da, hazırda münasibətlər tənzimlənir.
Rubinyan bildirib ki, son iki ildən artıq müddətdə sərhəddə hər iki tərəfdən itki qeydə alınmayıb.
“Azərbaycan artıq Ermənistan istiqamətində və əks istiqamətdə dəmir yolu tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Bu, region üçün mühüm addımdır, çünki təxminən 30 il ərzində Azərbaycan ərazisindən Ermənistana qatarlar hərəkət etmirdi. Biz həmçinin Azərbaycanla birbaşa ticarətə başlamışıq və artıq neft məhsulları idxal edirik”, - deyə o qeyd edib.
O əlavə edib ki, qarşılıqlı biznes təşəbbüsləri də müzakirə olunur.
Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinin də davam etdiyini bildirib.
“İstanbul ilə İrəvan arasında aviareyslər bərpa olunub, türk aviaşirkətləri İrəvana uçuşlar həyata keçirir. Uçuşların sayının artırılması müzakirə olunur. Həmçinin birbaşa hava yükdaşımaları həyata keçirilir. Dünən Ani körpüsünün birgə bərpası ilə bağlı protokol imzaladıq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az