Ermənistanın müdafiə naziri Varşavada Hərbi Araşdırmalar Universitetinə baş çəkib

2026/05/1777988797.jpg
Oxunub: 394     17:39     05 May 2026    
Ermənistanın müdafiə naziri Suren Papikyan Varşavada yerləşən Hərbi Araşdırmalar Universitetinə səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, erməni nazir universitet rəhbərliyi ilə görüşüb, təhsil müəssisəsinin strukturu, tədris prosesi və proqramları ilə tanış olub.

Qeyd edilib ki, Papikyan həmçinin universitetdə təhsil alan Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə də görüşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan   Varşava  


Bizi "telegram"da izləyin