Ankara Ermənistanla sərhədi açmağa hazır olduğunu bildirib

2024/03/2ca2f-1709288965.jpg
Oxunub: 500     17:35     05 May 2026    
Türkiyə Ermənistanla sərhədin açılması üçün texniki prosedurların tamamlanmasından sonra bu addımı atmağa hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç bildirib.

“İki ölkə arasında sərhədin açılması prosesi texniki hazırlığın son mərhələsindədir və siyasi qərar artıq qəbul olunub”, - deyə o qeyd edib.

“Biz artıq qərar vermişik ki, uyğun vaxt gəldikdə və bütün prosedurlar tamamlandıqdan sonra sərhədi açacağıq”, - deyə Kılıç bildirib.

O vurğulayıb ki, infrastruktur hazırlığı demək olar ki, başa çatıb, lakin hələ də keçid məntəqələrində personalın təyin olunması, rabitə xətlərinin qoşulması və digər texniki məsələlər qalmaqdadır.

“Tikinti işləri demək olar ki, tamamlanıb, lakin prosedurların yekunlaşdırılması lazımdır. İnsanlar təyin olunmalı, internet bağlantısı təmin edilməli və bir sıra texniki məsələlər həll olunmalıdır”, - deyə Kılıç bildirib.

Kılıç qeyd edib ki, mövcud çətinliklər yalnız texniki və bürokratik xarakter daşıyır və Türkiyə 2022-ci ilin avqustunda artıq siyasi iradəsini ifadə edib.

O, sərhədin açılması üçün konkret tarix açıqlamaqdan imtina edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kılıç   Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin