Ordu.az xəbər verir ki, Qəzza zolağında atəşkəs qüvvədə olsa da, dağıntılar altında qalanların axtarış-xilasetmə işləri məhdud imkanlarla aparılır.
Fələstin Səhiyyə Nazirliyi bildirib ki, son 24 saat ərzində 2 mülki şəxs həlak olub, 3 nəfər isə yaralanıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, İsrail və HƏMAS arasında əldə olunan atəşkəsin 2023-cü il oktyabrın 10-dan qüvvəyə minməsindən etibarən ölənlərin sayı 830-a, dağıntılar altından çıxarılanların sayı 767-yə, yaralıların sayı isə 2 min 345-ə çatıb.
Açıqlamada həmçinin bildirilir ki, 2023-cü il oktyabrın 7-dən etibarən ölənlərin sayı 72 min 610-a, yaralıların sayı isə 172 min 448-ə yüksəlib.
Sevinc Əliyeva
Ordu.az