Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ABŞ ilə İrana qarşı başlanmış “müharibədən çıxarılan dərslər”dən sonra iki yeni döyüş təyyarəsi eskadrilyasının tədarükü planı təsdiqlənib.
F-35I və F-15IA tədarükü
Açıqlamada “Lockheed Martin” şirkətindən dördüncü F-35I və “Boeing” şirkətindən ikinci F-15IA eskadrilyasının alınmasına qərar verildiyi qeyd olunub.
10 illik qüvvə quruculuğu planı çərçivəsində
Bildirilib ki, bu alımlar baş nazir Binyamin Netanyahu və müdafiə naziri İsrael Kats tərəfindən daha əvvəl təsdiqlənmiş 350 milyard İsrail şekeli dəyərində 10 illik qüvvə quruculuğu planı çərçivəsində həyata keçirilir. Razılaşmaya bütün eskadrilyanın İsrail ordusuna inteqrasiyası, geniş texniki xidmət, ehtiyat hissələrinin təminatı və logistika dəstəyi daxildir.
ABŞ ilə proses davam edir
Açıqlamada qeyd olunub ki, Müdafiə Nazirliyinin baş direktoru Amir Baram nazirliyin Vaşinqtondakı nümayəndəliyinə yaxın günlərdə ABŞ hökuməti ilə razılaşmanın yekunlaşdırılması üçün hazırlıq işlərinin aparılması barədə göstəriş verib.
Eskadrilyaların sayı artacaq
Beləliklə, yaxın illərdə İsrail ordusunun F-35I eskadrilyasında təyyarələrin sayı 100-ə, F-15I eskadrilyasında isə 50-yə çatacaq.
Hazırda İsrail ordusunun inventarında yalnız İsrail üçün “Lockheed Martin” tərəfindən istehsal edilmiş 48 ədəd F-35I döyüş təyyarəsi mövcuddur.
Sevinc Əliyeva
Ordu.az