Polşada NATO-nun “Amber Shock 26” genişmiqyaslı hərbi təlimləri başlayıb

2026/05/1777808499.jpg
Oxunub: 383     15:39     03 May 2026    
NATO qüvvələri şənbə günü Polşanın şimal-şərqində genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu təlimlər Şimali Atlantika alyansının Polşa ilə Baltik ölkələri arasında strateji əhəmiyyətli Suvalki dəhlizini qoruma qabiliyyətinin gücləndirilməsinə yönəlib.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın PAP agentliyi məlumat yayıb.

“Amber Shock 26” adı altında keçirilən təlimlərdə NATO-nun bir neçə ölkəsindən 3500-dən çox hərbçi və yüzlərlə hərbi texnika iştirak edir. Bu barədə PAP-a polkovnik-leytenant Dariuş Quzendza məlumat verib.

Təlimlər genişmiqyaslı qoşun köçürülməsindən sonra keçirilir. ABŞ ordusunun 2-ci süvari alayı Almaniyadan Polşanın şimal-şərqində yerləşən “Bemovo-Piski/Ojış” təlim poliqonuna 1000 kilometrlik taktiki yürüş həyata keçirərək digər NATO qüvvələrinə qoşulub.

“Amber Shock 26” təlimləri daha geniş “Saber Strike 26” təlimlərinin bir hissəsidir. Bu təlimlər hazırda Polşa, Litva və Finlandiyada keçirilir və regionda mümkün böhran zamanı qoşunların sürətli yerləşdirilməsi və birgə əməliyyatların işlənib hazırlanmasına yönəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   NATO   Təlim  


Bizi "telegram"da izləyin