Tailandda helikopter qəzası olub, xəsarət alanlar var

2026/02/1771868793.jpg
Oxunub: 340     13:34     03 May 2026    
Tailandın Samutprakan əyalətində baş verən helikopter qəzasında bir neçə nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, helikopter bazar günü səhər Muanq rayonundakı yanacaqdoldurma məntəqəsinin arxasında qəzaya uğrayıb.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Zərərçəkənlərin dəqiq sayı hələ müəyyən edilməyib.

Qəzanın səbəbi məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tailand   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin