Əli Nikzad: "ABŞ ilə danışıqlarda əsas şərtlərdən biri Livana hücumların dayandırılmasıdır"

2026/05/1777806935.jpg
Oxunub: 287     13:26     03 May 2026    
İranın ABŞ ilə danışıqlarda əsas şərtlərindən biri Livana hücumların tamamilə dayandırılmasıdır.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.

"Ölkənin istənilən danışıqlar üçün şərti aydındır - bu, Livana qarşı təcavüzün tamamilə dayandırılmasına zəmanət verilməsidir", - o bildirib və əlavə edib ki, İran ilə Livanın cəbhəsi birdir.

Əli Nikzadın sözlərinə görə, Hörmüz boğazının bağlanması livanlılar üçün sülh və əmin-amanlığa nail olmaq məqsədilə edilib:

"Hörmüz boğazına nəzarət İranın hüququ və qırmızı xəttidir. İran bu məsələ ilə bağlı region ölkələri ilə razılığa gələcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nikzad   ABŞ   İran  


Bizi "telegram"da izləyin