Ordu.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Müəssisənin rəhbəri Zəfarullah Kalantari bildirib: “Mövcud zədələnmiş ərazi universitetin nəzdində hərbi muzey kimi qorunacaq ki, ölkənin elmi təzyiqə məruz qalmasının sübutu kimi tarixdə qalsın”.
O əlavə edib ki, “yeni binanın tikintisi və universitetin müasir avadanlıqlarla təchiz edilməsi” üçün başqa ərazilər ayrılıb.
Kalantarinin sözlərinə görə, ilkin hesablamalara əsasən, universitetin infrastrukturuna dəyən zərər təxminən 11 milyon dollar təşkil edir.
ABŞ-İsrail zərbələri universitetə mart ayında endirilib. Bu, 2026-cı il fevralın 28-də başlayan və sonradan bütün Yaxın Şərqə yayılan müharibədən sonra baş verib. Rəsmilərin məlumatına görə, İranın müxtəlif bölgələrində yerləşən 30-dan çox universitet, o cümlədən paytaxt Tehranda yerləşən ali təhsil müəssisələri, həmçinin yaşayış məntəqələri və digər mülki infrastrukturlar da zərbələrə məruz qalıb.
Sevinc Əliyeva
Ordu.az