Britaniyada aviaşirkətlərə yanacağa qənaət etmək üçün uçuşları birləşdirməyə icazə veriləcək

2026/05/1777794965.jpg
Oxunub: 387     11:55     03 May 2026    
Böyük Britaniya hökuməti bu yay yüksək aviayanacaq qiymətləri fonunda mümkün problemləri nəzərə alaraq aviaşirkətlər üçün qaydaların müvəqqəti yumşaldıldığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Nəqliyyat Nazirliyinin açıqlamasına görə, daşıyıcılara müxtəlif uçuşların sərnişinlərini birləşdirməyə və eyni istiqamət üzrə gün ərzində bir neçə uçuş olan marşrutlarda təyyarələrin sayını azaltmağa icazə veriləcək.

Bu o deməkdir ki, sərnişinlər aşağı doluluqla uçuşların qarşısını almaq və yanacaq sərfiyyatını azaltmaq üçün ilkin planlaşdırılmış uçuşdan başqa oxşar uçuşa keçirilə bilər.

Qərar artıq mübahisələrə səbəb olub. Mühafizəkarlar Partiyasının nümayəndələri bildiriblər ki, yeni qaydalar aviaşirkətlərə sərnişinləri “daşıyıcı üçün uyğun olan istənilən vaxt başqa təyyarəyə keçirməyə” imkan verə bilər. İstehlakçı təşkilatı isə xəbərdarlıq edib ki, qaydalar yalnız aviaşirkətlərin maraqları naminə dəyişdirilməməlidir.

Bununla belə, Böyük Britaniyanın Nəqliyyat Nazirliyi hesab edir ki, bu tədbir uçuş cədvəllərinin proqnozlaşdırıla bilməsini artıracaq və bazardakı qeyri-sabitlik şəraitində sərnişinlərə daha çox “etibar” verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Aviaşirkət  


Bizi "telegram"da izləyin