Ordu.az bazar günü səhər tezdən Yaxın Şərqdə baş vermiş əsas hadisələrin qısa icmalını təqdim edir.
• İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi bildirib ki, İran Pakistana məcburi müharibənin tam dayandırılması ilə bağlı planını təqdim edib və indi seçim ABŞ-nin qarşısındadır: ya diplomatiya yolu, ya da qarşıdurmanın davamı. O əlavə edib ki, İran milli maraqlarını və təhlükəsizliyini təmin etmək üçün hər iki ssenariyə hazırdır.
• İsrail ordusu (SAXAL) şənbə günü bildirib ki, onun qüvvələri Livanın cənubunda yerləşən bir “dini obyektə” ziyan vurub. Katolik xeyriyyə təşkilatı bunu qadın monastırı kimi təqdim edərək ibadət yerinə qarşı “qəsdən hücum” kimi pisləyib.
• İtaliyanın xarici işlər naziri Antonio Tayani “X” sosial şəbəkəsində iranlı həmkarı Abbas Əraqçi ilə söhbətinin məzmununu açıqlayıb. Onun sözlərinə görə, əsas müzakirə mövzuları regionda eskalasiyanın qarşısının alınması, Hörmüz boğazının açılması və İranın nüvə proqramı olub.
• ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın təqdim etdiyi yeni sülh razılaşmasını nəzərdən keçirəcək. Daha sonra o əlavə edib ki, “əgər onlar özlərini pis aparsalar”, İrana qarşı zərbələrin bərpası mümkündür.
Sevinc Əliyeva
Ordu.az