ABŞ ESSM “Block II” istehsalı üçün 833 milyon dollarlıq yeni müqavilə imzalayıb

2026/05/1777787128.jpg
Oxunub: 406     09:34     03 May 2026    
ABŞ-nin Müharibə Nazirliyi RTX “Corporation” ilə RIM-162 “Evolved Sea Sparrow Missile” (ESSM) “Block II” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin istehsalı və təhvilini əhatə edən 833 milyon dollar dəyərində yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, müqavilənin aprelin 29-da elan edildiyi və 2030-cu ilin sentyabrına qədər qüvvədə olacağı bildirilib.

Müqavilənin imzalanması ilə tədarük üçün tələb olunan maliyyələşmənin tam aktivləşdirildiyi və istehsal olunacaq raketlərin həm ABŞ Hərbi Dəniz Qüvvələrinə, həm də beynəlxalq müştərilərə təhvil veriləcəyi qeyd olunub.

ABŞ və müttəfiqlər arasında bölüşdürüləcək

Proqram çərçivəsində istehsal ediləcək ESSM “Block II” raketlərinin təxminən 50 faizinin ABŞ Hərbi Dəniz Qüvvələri üçün ayrıldığı, qalan hissənin isə Xarici Hərbi Satış (FMS) proqramı vasitəsilə müttəfiq ölkələrə təqdim ediləcəyi bildirilib.

İxrac ediləcək ölkələr arasında Avstraliya, Belçika, Kanada, Danimarka, Almaniya, Yunanıstan, Niderland, Norveç, Portuqaliya, İspaniya və Türkiyə yer alır. Raketlərin bu ölkələrin çoxməqsədli esmines və freqatlarında yerləşdirilməsi planlaşdırılır.

Çoxmillətli istehsal modeli

ESSM proqramının strukturu səbəbindən istehsal və təhvil proseslərinin bir hissəsinin ABŞ-dən kənarda həyata keçiriləcəyi qeyd olunur. Bu yanaşma proqramda iştirak edən ölkələrin sənaye töhfəsini və çoxmillətli əməkdaşlıq modelini əks etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   ESSM   Block-II  


Bizi "telegram"da izləyin